Nazim Süleymanov millinin baş məşqçisi seçildi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu vəzifə Nazim Süleymanova həvalə olunub.
AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bu qərarı verib. Süleymanov Nikolay Adamın komandadan ayrılmasından sonra boş qalan U-19-un baş məşqçisi postunu tutub.
Qeyd edək ki, əvvəllər ölkəmizin əsas yığmasında da çalışmış Süleymanov 1 qarşılaşmada baş məşqçi vəzifəsini icra edib.
www.ann.az
























