• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftçi" klubunun loqosu dəyişdiriləcək

"Neftçi" klubunun loqosu dəyişdiriləcək
14.04.2015 15:55
"Bakcell Arena"da "Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçirilib. 

"Report"un verdiyi məlumata görə, iclasda 7 qərar qəbul olunub.

İlk növbədə, "Neftçi" PFK-nın yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasınadək klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb. Klubun yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib. Klubun Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi" təsis edilib. Layihənin icrasında əsas məqsəd uşaq və yeniyetmə istedadların üzə çıxarılması və onların peşəkar səviyyədə hazırlanmasıdır. 

Eyni zamanda, "Neftçi" muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq. Klubun iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"u təsis edilib. Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. Klubun rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında genişmiqyaslı sorğunun təşkil olunmasına qərar verilib.
Qeyd edək ki, "Neftçi"nin rəsmi loqotipi indiyədək 4 dəfə yenilənib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol