"Real"ın futbolçusu cəzalı duruma düşdü

"Real" "Atletiko"ya qarşı Çempionlar Liqasının 1/4 finalında keçiriləcək cavab matçına ciddi itki ilə çıxacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın braziliyalı müdafiəçisi Marselo sözügedən qarşılaşmanı buraxacaq. Madrid klubu ilə ilk oyunda sarı vərəqə alan Marselo cəzalı duruma düşüb.
Qeyd edək ki, "Atletiko" - "Real" matçı 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması aprelin 22-i keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























