Mourinyo Oskarı "Çelsi"də görmək istəmir

"Çelsi” yayda aparıcı futbolçularından birini transferə çıxarmağı planlaşdırır.
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, söhbət braziliyalı yarımmüdafiəçi Oskardan gedir.
London klubunun baş məşqçisi Joze Mourinyo "sambaçı”nın çıxışından razı deyil. Bu səbəbdən Oskarla yolların ayrılmasına qərar verilib.
24 yaşlı futbolçunun karyerasını İtaliya çempionatında davam etdirmək şansı daha çoxdu. Çünki onunla "Yuventus” yaxından maraqlanır.
Qeyd edək ki, 2012-ci ildən "Çelsi”də çıxış edən Oskar "zadəganlar”ın heyətində ümumilikdə 148 oyunda 30 qola imza atıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























