• $
  • €
  • ₽
  • ₺
  • £

Boksçularımız böyük sınaq qarşısında

Boksçularımız böyük sınaq qarşısında
16.04.2015 16:55
"Baku Cristal Hall”-da boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. 

Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Avropa oyunlarına test xarakteri daşıyan yarışda 11 ölkənin 80 idmançısı mübarizə aparır. 

Yarışın ilk günündə Avropa çempionu Salman Əlizadə (49 kq) bolqarıstanlı Tinko Banabakova uduzaraq, turnirdən kənarda qalıb. 

Milli komandamızın iki üzvü – Elvin Məmişzadə (52 kq) və Məsud Yusifzadənin döyüşündə daha təcrübəli birinci qalib gəlib.

64 kq çəki dərəcəsində çıxış edən Zaur Abdullayev türkiyəli Adem Avcı Furkandan üstün olub. "Baku Fires” klubunun üzvü Nikolay Veselov da (75 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Belarus təmsilçisi Viktor Muraşkini məğlub edib. 

Eldar Quliyev isə (81 kq) iki dəfə dünya çempionatlarının mükafatçısı olan təcrübəli Elşod Rasulova (Özbəkistan) uduzub. 

Qızların yarışında Anaxanım Ağayeva (51 kq) komanda yoldaşı Əzizə Abbasovadan üstün olub. 

Yarışın ikinci günündə günorta proqramında ilk olaraq iki boksçumuz bir-biri ilə qarşılaşıb. 

Cavid Dadaşov (49 kq) yeniyetmələrin II Olimpiya oyunlarının qalibi Rüfət Dadaşovu üstələyib.  Kənan Hüseynəliyev (56 kq) özbəkistanlı Muradjon Axmedaliyevi məğlub edib – 2:1. İlk dəfə qatıldığı böyüklər arasında Azərbaycan çempionatında qalib gəlməklə diqqət mərkəzinə düşən Tayfur Əliyev (56 kq) "Böyük İpək Yolu”na da qələbə ilə başlayıb. Həmyerlimiz gürcüstanlı Levan Kadiaşvilini yarışdan kənarlaşdırıb – 3:0. Roman Zakirov da (69 kq) turnirə qələbə ilə başlayıb. O, Azamat Kappuşev (Rusiya) üzərində qələbə qazanıb – 3:0.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol