İbrahimoviçin adına muzey açılır

İsveçin Malmö şəhərində PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin adına muzey açılacaq.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, artıq Viqqo Kavlinq adlı müxbir muzeyin açılması ilə bağlı işlərə start verib.
Kavlinq muzeydə İbrahimoviçin futbola başladığı gündən etibarən geyindiyi formalar, idman geyimləri, qazandığı medal və kuboklarla yanaşı, karyerası ərzində əldə etdiyi uğurların əks olunduğu videogörüntülərin sərgilənəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Zlatan İbrahimoviçin adına yeni axtarış sistemi istifadəyə verilib. "Google"nin nəzarəti altında fəaliyyət göstərən Zlaaatan.com saytında yalnız İbrahimoviçə aid məlumatlar, şəkillər, videolar yer alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























