Millimizin futbolçusu 45 dəqiqə oynadı

Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" səfərdə "Sandhausen"in qonağı olub.
Görüşdə qalib müəyyənləşməyib. Tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. Start heyətində meydana çıxan Nazarov fasilədən sonra əvəzlənib. O, 46-cı dəqiqədə yerini İlian Miçanskiyə verib.
Qeyd edək ki, "Karlsrue" 29 turdan sonra 49 xalla 3-cü pillədə qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























