Çempionlar Liqasında 1/4 finalın növbəti oyunları

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, daha iki yarımfinalçının adı bəlli olacaq.
Öz meydanında "Monako”ya 1:0 hesabı ilə qalib gələn "Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşəcək. İlk oyunda minimal hesablı qələbə qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirmək olar.
Digər cütün taleyinə Madrid derbisində aydınlıq gələcək. Nominal meydan sahibi sayılan "Real” "Atletiko”nu qəbul edəcək. Komandaların ilk görüşündə qapılara qol vurulmayıb. Qaret Beyl, Kərim Benzema və Luka Modriçin zədə səbəbindən, Marselonun isə cəzalı olduğu üçün bügünkü görüşü buraxacağı dəqiqdir. Bu, "Real”ı işini çətinə sala bilər.
22 aprel, Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
(İlk oyun - 0:1)
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
(İlk oyun - 0:0)
21 aprel
"Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0
(İlk oyun - 3:1)
Qollar: Neymar, 14, 34
"Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1
(İlk oyun - 1:3)
Qollar: Alkantara, 14 (1:0), Boatenq, 22 (2:0), Levandovski, 27 (3:0), Müller, 36 (4:0), Levandovski, 40 (5:0), Martnez, 73 (5:1), Alonso, 88 (6:1)
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək