• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu
23.04.2015 09:00
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, daha iki yarımfinalçının adı bəlli olub.

Öz meydanında "Monako”ya 1:0 hesabı ilə qalib gələn "Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşüb. İlk oyunda minimal hesablı qələbə qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirmək olardı. Lakin lazım olan qolu vura bilməyən "Monako" turnirdə mübarizəni dayandırıb.

Digər cütün taleyinə Madrid derbisində aydınlıq gəlib. Burada "Real” "Atletiko”nu qəbul edib. Komandaların ilk görüşündə qapılara qol vurulmayıb. Ötən mövsümün finalında son dəqiqələrdə buraxdığı qollla çempionluğunu əldən verən "Atletiko" bu dəfə də rəqibi ilə bacarmayıb. Oyuna ciddi itkilərlə çıxan "kral klubu" rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Barselona", "Bavariya", "Real" və "Yuventus" komandaları mübarizə aparacaq. Bu mərhələnin püşkü sabah keçiriləcək.


22 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

"Monako" (Fransa) - "Yuventus" (İtaliya) - 0:0
(İlk oyun - 0:1)

"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:0
Qol: Xavyer Hernandez, 88 (1:0)
(İlk oyun - 0:0)
Qırmızı vərəqə: Arda Turan, 76 ("Atletiko")


21 aprel

 "Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0
(İlk oyun - 3:1)
Qollar:  Neymar, 14, 34 (2:0)

 "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1
(İlk oyun - 1:3)
Qollar: Alkantara, 14 (1:0), Boatenq, 22 (2:0), Levandovski, 27 (3:0), Müller, 36 (4:0), Levandovski, 40 (5:0), Martinez, 73 (5:1), X.Alonso, 88 (6:1)
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol