"Mançester Yunayted"dən "Borussiya"ya 30 milyon avro

"Borussiya"nın müdafiəçisi Mats Hummels mövsümün sonunda komandadan ayrıla bilər.
Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, "Mançester Yunayted" klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Mançester təmsilçisi artıq Almaniya klubu ilə danışıqlara başlayıb. İngiltərə nəhəngi bu transfer üçün Dortmund klubuna 30 milyon avro təklif edib. Lakin "Borussiya" ingilis klubundan 40 milyon avro tələb edib. "Mançester Yunayted"in bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.
Qeyd edək ki, 2009-cu ildən "Borussiya"da çıxış edən Hummels keçirdiyi 181 oyunda 16 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























