"Xəzər Lənkəran" Kiyev "Dinamo"sunun yetirməsini bəyəndi

1 həftəyə yaxındır ki, "Xəzər Lənkəran"ın düşərgəsində baxışdan keçən ukraynalı Andrey Saxneviç bəyənilib.
Sport7.az-ın əldə etdiyi özəl xəbərə görə, 6 gün əvvəl 26 yaşını qeyd etmiş cinah müdafiəçisini artıq "Xəzər Lənkəran"ın futbolçusu saymaq olar.
Ancaq bu futbolçunun keçidinin baş tutması üçün "Xəzər Lənkəran"a qoyulan transfer qadağasının aradan qaldırılması lazımdır. Belə ki, 2011-ci ildə "Xəzər Lənkəran"ın düşərgəsində olmuş bosniyalı müdafiəçi Veldin Muharemoviçin FİFA-ya şikayət etməsindən sonra klub transfer yasağı cəzası ilə üzləşib. Ona görə də klub hüquqşünasları Beynəlxalq Arbitraj Məhkəməsində bu qadağanın aradan qaldırılacağına ümid edirlər.
Qeyd edək ki, Kiyev "Dinamo"sunun yetirməsi olmuş Andrey Saxneviç heç vaxt əsas komandada oynaya bilməyib. O daha çox "Dinamo"nun II və III komandalarında çıxış edib. Saxneviç 2011-2013-cü illərdə "Aleksandriya" və ötən mövsüm Zaporojye "Metallurq"unda çıxış edib. Ötən ilin sonlarında onun "Metallurq"la müqaviləsi başa çatıb və sərbəst futbolçuya çevrilib. Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarında çıxış etmiş Andreyin əsas mövqeyi müdafiənin sağ cinahıdır. Ancaq onun müdafiə və yarımmüdafiənin solunda oynamaq təcrübəsi də var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























