Van Persi Türkiyə klublarının təklifini rədd etdi

"Mançester Yunayted"in hücumçusu Robin van Persi Türkiyədən təklif alıb.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu "Qalatasaray" və "Fənərbaxça"nın maraq dairəsinə düşüb.
Hər iki komanda van Persiyə 3 illik müqavilə təklif edib. Təcrübəli futbolçu Türkiyədə oynayacağı təqdirdə həftəsinə 220 min funt-sterlinq qazanacaq. Lakin 31 yaşlı futbolçu "Qalatasaray" və "Fənərbaxça"nın təklifini rədd edib.
Qeyd edək ki, cari mövsüm ondan gözlənilən oyunu sərgiləyə bilməyən van Persinin "Mançester Yunayted"dən ayrılacağı iddia olunur.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək