Ronaldo "Real"dan gedəcəyi vaxtı açıqladı

"Real"ın hücumçusu Kriştiano Ronaldonun gələcək karyerasına aydınlıq gəlib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu müqaviləsinin sonuna qədər "Real"da qalacaq.
2018-ci ildə "kral klubu" ilə müqaviləsi başa çatacaq Ronaldo daha sonra Amerikaya üz tutacaq. 30 yaşlı futbolçu ABŞ-ın "Los Angeles Qalaksi" klubunda oynamağı planlaşdırır. Nyu-York və Mayami klublarından da təklif alan Ronaldo Los-Angelesdə yaşamaq qərarına gəlib.
Qeyd edək ki, "Liverpul"un canlı əfsanəsi Stiven Cerardın cari mövsümün sonunda "Los Angeles Qalaksi"yə transfer olunacağı gözlənilir. İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem də 2007-2012-ci illərdə bu komandanın şərəfini qoruyub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























