• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Avropa Liqasında yarımfinalçılar bəlli oldu
24.04.2015 09:00
Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra bütün yarımfinalçılar müəyyənləşib.

İtaliyada "Fiorentina" klubu öz meydanında "Dinamo"nu qəbul edib. Ukraynada baş tutacaq oyunda 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcəkdi. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Fiorentina" yarımfinala yüksəlib.

İtaliyanın digər təmsilçisi "Napoli" evdə "Volfsburq"la qarşılaşıb. Səfərdə rəqibinə 4:1 hesabı ilə qalib gələn "Napoli" yarımfinalın bir addımlığında idi. Almaniya klubunun həmin məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmürdü. Cavab matçında qalib müəyyənləşməyib - 2:2. Bu nəticədən sonra "Napoli" yarımfinalda oynamaq hüququ qazanıb.

Rusiyada "Zenit" və "Sevilya" üz-üzə gəlib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Peterburq təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Avroliqanın son qalibi olan "Sevilya"ya bu görüşdə heç-heçə də kifayət edəcəkdi. "Sevilya"nın son dəqiqələrdə vurduğu qol İspaniya təmsilçisini növbəti mərhələyə yüksəldib - 2:2.   

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu evdə "Brügge" ilə qarşılaşıb. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan Ukrayna təmsilçisi yarımfinala adlamaq üçün bu görüşdə qalib gəlməli idi. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Dneprpetrovsk klubu yarımfinala adlayıb.

Qeyd edək ki, beləliklə, Avropa Liqasının yarımfinalında "Dnepr", "Fiorentina", "Napoli" və "Sevilya" klubları mübarizə aparacaq.
 
21 aprel,Avropa Liqası, 1/4 finalın ilk oyunları

00:05. "Dnepr” (Ukrayna) - "Brügge” (Belçika) - 1:0
Qol: Şakov, 82 (1:0)
(İlk oyun - 0:0)

00:05. "Fiorentina” (İtaliya) - "Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: M.Qomez, 43 (1:0), Varqas, 90 (2:0)
Qırmızı vərəqə: Jermen Lens, 40 ("Dinamo")
(İlk oyun - 1:1)

00:05. "Zenit” (Rusiya) - "Sevilya” (İspaniya) - 2:2
Qollar: Bakka, 6-pen (0:1), Rondon, 48 (1:1), Halk, 72 (2:1), Qameyro, 85 (2:2)
(İlk oyun - 1:2)

00:05. "Napoli” (İtaliya) - "Volfsburq” (Almaniya) - 2:2
Qollar: Kallehon, 49 (1:0), Mertens, 65 (2:0), T.Kloze, 71 (2:1), Perisiç, 73 (2:2)
(İlk oyun - 4:1)


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol