Şvaynştayger "Bavariya"dan gedir

"Bavariya"nın yarımmüdafiəçisi Bastian Şvaynştayger gələn mövsüm komandadan ayrılacaq.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçunun Amerikaya gedəcəyi iddia olunur.
2016-cı ildə Münhen təmsilçisi ilə müqaviləsi başa çatacaq Şvaynştayger sözləşməsini yeniləməyəcək. Almaniya millisinin üzvünün "Nyu-York Red Bulls", "Orlando Siti" və "Nyu-York Siti" klublarından birinə transfer olunacağı iddia edilir.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Şvaynştayger keçirdiyi 337 oyunda 42 dəfə rəqib qapılarına yol tapıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























