"Fabreqası satdığımız üçün peşmanam" - Venger

"Arsenal"ın baş məşqçisi Arsen Venger maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransız mütəxəssis 2011-ci ildə futbolçusu Sesk Fabreqası "Barselona"ya satdıqları üçün peşman olduğunu etiraf edib.
"2011-ci ildə Fabreqası "Barselona"ya satdığım üçün peşmanam. Ancaq hər bir futbolçuya hörmətlə yanaşmalı olduğumuzu düşünürəm" - deyə Venger bildirib.
Qeyd edək ki, 2011-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunan Fabreqas ötən il "Çelsi"yə keçib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























