• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Olimpiya Komitəsindən SƏRT CAVAB

Avropa Olimpiya Komitəsindən SƏRT CAVAB
25.04.2015 12:41
AOK suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti olmadığını qeyd edib 

Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib.
 
APA-nın xəbərinə görə, AOK cavab bəyanatında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətinin "dözülməz olması ilə bağlı” irəli sürülən iddialar haqda hər hansı məlumata malik deyil və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək. Təşkilat qeyd edib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.
 
AOK, həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını mürəciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.
 
Təşkilat onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər sərt leksikonda bundan daha uzağa gedən məsələlərin "şəxsi səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı” vurğulanıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol