Runi üçün mövsüm erkən başa çata bilər

"Mançester Yunayted"in kapitanı Ueyn Runi zədələnib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu, "Everton"a qarşı İngiltərə Premyer Liqasının 34-cü turunda baş verib.
88-ci dəqiqədə zədələnən ingilis hücumçu Robin van Persi ilə əvəzlənib.
U.Runinin bu mövsümü erkən başa vurma ehtimalı olduğu bildirilir.
"MY"nın baş məşqçisi Lui van Qal matçdan sonra 29 yaşlı oyunçunun son durumu ilə bağlı açıqlama verib:
"Runi dizindən zədə alıb. Onun zədəsinin nə qədər ciddi olduğu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək".
Qeyd edək ki, "Everton" - "Mançester Yunayted" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək