Ancelloti: "Başqa yolumuz yoxdur...""

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının İspaniya La Liqasında çempionluq şanslarını dəyərləndirib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını bildirib:
"Hazırda rəqiblərimiz haqda düşünmürük, öz işimizə köklənmişik. "Barselona"ya məğlubiyyətdən sonra çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Bəli, son turlarda "Barselona" xal itirmir. Bu səbəbdən biz də onları bütün oyunlarda qalib gəlməyə məcbur edəcəyik. Turnir cədvəlinə nəzər saldıqda görürük ki, başqa yolumuz yoxdur".
Qeyd edək ki, 33 turdan sonra 79 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Real" "Barselona"dan 2 xal geri qalır.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək