Robert Prosineçki Çempionlar Liqasının favoritini açıqladı

"Çempionlar Liqasında yarımfinala qədər irəliləyən komandalar buna tam layiq idilər. Fikrimcə, yarımfinala ideal "dördlük” yüksəlib”.
Bunu apasport.az saytına Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
UEFA Çempionlar Liqasındakı yarımfinal cütlüklərini dəyərləndirən xorvatiyalı mütəxəssis "Yuventus”la "Real”ı çox da şanslı görmür: "Hazırda Avropanın ən güclü 4 klubu mübarizəni davam etdirir. Fikrimcə, "Barselona” – "Bavariya” cütünün qalibi finalın favoriti olacaq. "Real”la "Yuventus” da böyük klublardı. Amma nədənsə, "Barselona” – "Bavariya” oyunlarının qalibini şanslı hesab edirəm”.
Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində "Real” və "Barselona”nın da formasını geyinib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























