"Real" və "Atletiko"ya transfer qadağası

FİFA "Barselona"dan sonra İspaniyanın daha iki klubu - "Real" və "Atletiko"ya transfer qadağası qoymağa hazırlaşır.
Qol.Az-ın İspaniyanın "Sadena Ser" nəşrinə istinadən yaydığı xəbərə görə, bu, hər iki klubun yeniyetmə futbolçularla müqavilə bağlayarkən transfer reqlamentini pozması ilə əlaqədardır.
FİFA-nın Madrid klublarına iki dönəm (2015-ci ilin yay və 2016-cı ilin qış transper pəncərəsi zamanı) transfer qadağası qoyacağı gözlənilir.
Məlumatda qeyd olunub ki, FİFA artıq gözlənilən sanksiyalar haqda İspaniya Futbol Federiyasına xəbərdarlıq edib.
Xatırladaq ki, daha öncə "Barselona" eyni səbəbdən cəzalandırılıb. Kataloniya klubuna 2016-cı ilin yanvarınadək transfer qadağası qoyulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























