• $
  • €
  • ₽
  • ₺
  • £

Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulda baş tutacaq

Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulda baş tutacaq
30.04.2015 13:28
Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulun 17-də baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu barədə autosport.com saytı yazır.

Nəşr qeyd edib ki, ilkin layihəyə müvafiq olaraq, 2016-cı il üçün nəzərdən keçirilən 21 mərhələdən ibarət olan Böyük Mükafatlar təqvimini ciddi dəyişikliklər gözləyir: Malayziya və Rusiya mərhələlərinin vaxtı dəyişdiriləcək, eləcə də Azərbaycanda yarışlar üçün təqvimdə yer ayırmaq məqsədi ilə həftəlik fasiləsi olan yarışların sayı da dəyişdiriləcək.   

Melburnda mövsümün aprel ayının 3-də açılacağı barədə elan, artıq belə gec başlanğıc ucbatından təqvimin yetərincə sıx olacağından xəbər verir.

Avropa Qran-Prisi çərçivəsində Bakıda keçirilməsi planlaşdırılan yarışa məhz kampaniyanın ortasında yer ayrılıb.

Əgər Qran-Pri Britaniya və Avstriyada, eləcə də Almaniya və Macarıstanda bir həftə fərq ilə keçirilərsə 17 iyul tarixi daha məntiqli görünür.

Hələlik ilkin layihənin təsdiqlənməsinə dair heç bir rəsmi təsdiq yoxdur, dəyişikliklər adətən FİA-nın təqviminin dekabrda ratifikasiyasına qədər edilə bilər

Hal-hazırda gələn il üçün Formula-1 təqvimi aşağıdakı kimidir:

Aprel, 3 – Аvstraliya (Albert-Park)
Aprel, 10 – Çin (Şanxay)
Aprel, 24 – Bəhreyn (Sahir)
May, 1 – Rusiya (Soçi)
May, 15 – İspaniya (Barselona)
May, 29 – Monako (Monte Karlo)
İyun, 12 – Kanada (Monreal)
İyun, 26 – Britaniya (Silverstoun)
İyul, 3 – Avstriya (Red Bull Ring)
İyul, 17 – Azərbaycan (Bakı)
İyul, 31 – Almaniya (Hokkenhaym)
Avqust, 7 – Macarıstan (Hunqarorinq)
Avqust, 28 – Belçika (Spa)
Sentyabr, 4 – İtaliya (Моntsa)
Sentyabr, 18 – Sinqapur (Marina-Bey)
Sentyabr, 25 – Malayziya (Sepanq)
Oktyabr, 9 – Yaponiya (Suzuka)
Oktyabr, 23 – ABŞ (Ostin)
Oktyabr, 30 – Meksika (Mexiko)
Noyabr, 13 – Braziliya (İnterlaqos)
Noyabr, 27 – Abu-Dabi (Yas-Marina)

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol