Xabi Alonso: "Favorit "Barselona"dır"

"Bavariya"nın futbolçusu Xabi Alonso Çempionlar Liqasının yarımfinalında sabiq klubu "Barselona" ilə oyun öncəsi fikirlərini bildirib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi turun favoritinin Kataloniya klubu olduğunu deyib:
"Çünki "Bavariya"da zədəli futbolçu çoxdur. Levandovski və Robben kimi oyunçular "Barselona"ya qarşı oynamayacaq. Ona görə də Kataloniya klubu favoritdir".
Qeyd edək ki, "Barselona" - "Bavariya" qarşılaşması mayın 6-ı keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























