“Neftçala” Premyer Liqaya yüksəldi

Birinci divizionda mübarizə aparan "Neftçala” Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünə vəsiqə qazanıb.
Qol.Az-ın məlumatına görə, Neftçala təmsilçisi birinci divizionun 26-cı turunda yüksək liqaya vədiqəni təmin edib.
Səfərdə "Moik”lə qarşılaşan Kamal Quliyevin komandası 4:1 hesabı ilə qalib gələrək xalını 68-ə çatdırıb. Bu isə o deməkdir ki, komanda bundan sonrakı oyunların nəticəsindən asılı olmayaraq ilk iki pillədən birini tutacaq.
AFFA İntizam Komitəsinin son qərarına əsasən aşağı dəstədən Premyer Liqaya AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan iki klub yüksələcək.
Qeyd edək ki, "Neftçala" futbol klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Komanda ilk dəfədir ki, yüksək liqaya vəsiqə qazanır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























