• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqası üçün yeni təklif

Avropa Liqası üçün yeni təklif
01.05.2015 20:40

Çempionlar Liqasının kölgəsində qalan Avropa Liqasının nüfuzunun qaldırılması istiqamətində axtarışlar davam edir.

 

Apasport.az saytının məlumatına görə, UEFA rəhbərliyi ilə yanaşı, qərbi avropalılar da çıxış yollarını axtarırlar.

 

ESPN media şirkəti  bu yöndəki təklifləri ilə çıxış edib. Onların planları qrup mərhələsinə düşəcək Azərbaycan klublarının çıxışına da təsirsiz ötüşməyəcək.

 

3 bənddən ibarət təklifin birinci hissəsi oyunların tarixi ilə bağlıdı. Avropa Liqası matçlarının cümə axşamı deyil, 2 gün əvvəl baş tutması təklif olunur. Bu da onunla izah edilir ki, ardıcıl 2 gün Çempionlar Liqası həyəcanı yaşayan azarkeşlər üçün ardınca nisbətən zəif turnirin matçlarına baxmaq maraqlı olmur. Amma çərşənbə axşamı Avropa Liqası, çərşənbə və cümə axşamında Çempionlar Liqasının keçirilməsi bu marağın 3 gün davam etməsinə səbəb ola bilər.

 

Təklifin 2-ci hissəsində qitənin ən nüfuzlu klub turnirinin qrupunda 3-cü olanların Avropa Liqasına "transfer” olunması əksini tapıb. Avropalılar bu 8 komandanın 1/16, 1/8 və 1/4 finalda öz aralarında oynaması, yarımfinala isə yalnız birinin çıxmasını düzgün hesab edir. Belə olsa, digər komandaların yarımfinala çıxmaq şansları artır, yarışa maraq da müsbət istiqamətdə dəyişir.

 

Sonuncu bənd isə qrup mərhələsi zamanı komandaların regionlar üzrə qruplar təşkil etməsidi. Bu da klubları yorucu səfərlərdən qurtaracaq. Cari mövsümü Azərbaycan çempionu "Qarabağ”la eyni qrupda yer alan Fransa təmsilçisi "Sent-Etyen” nümunəsi önə çəkilir. Bu komanda Azərbaycan, Ukrayna və İtaliyaya səfərlərə çıxmalı olub.

 

Həmkarlarımız son mövsümün qrup mərhələsində çıxış edən 48 klubu da 4 zona üzrə bölüb. Belə olan halda hər regiona 3 qrup veriləcəkdi. Hətta Ağdam klubu Cənub-şərq regionuna daxil edilib. Burada Kipr, Yunanıstan, Türkiyə, Serbiya, Rumıniya, İsveçrə, Avstriya da təmsil olunub. Digər klublar da coğrafi yerinə əsasən Cənub-Qərb, Şimal-Qərb və Şimal-Şərq zonalarında 12-lik təşkil etməlidi.

 

Avropa Liqasının bu cür zonalara parçalanması ötən yaydan tətbiq olunsaydı, "Sent-Ertyen” (Fransa), "İnter” (İtaliya) və "Dnepr” (Ukrayna) klublarından heç biri "Qarabağ”a rəqib olmayacaqdı.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol