• $
  • €
  • ₽
  • ₺
  • £

​Zabit Səmədov: "Dekabrda Badr Hari ilə döyüşə bilərəm"

​Zabit Səmədov: "Dekabrda Badr Hari ilə döyüşə bilərəm"
02.05.2015 13:14
Azərbaycanın peşəkar döyüş ustası Zabit Səmədov bu ilin dekabrında Dubayda mərakeşli Badr Hari ilə dördüncü dəfə rinqə çıxa bilər.

"Report" xəbər verir ki, bu barədə o, "Vestnik Kavkaz"a müsahibəsində bildirib.

Zabit 2013-cü ilin mayında Moskvada mərakeşli Badr Hari ilə baş tutan döyüşün onun üçün xüsusi ilə yaddaqalan olduğunu bildirib.

"Ona qədər mən Hariyə artıq iki dəfə məğlub olmuşdum, üçüncü döyüşdə isə onu nokauta saldım. Bu, əlbəttə mənim üçün, bütün azərbaycanlılar üçün çox böyük qələbə idi. Çünki rəqib titullu idmançı idi. Mən Hari ilə bu ilin dekabrında Dubayda dördüncü dəfə üz-üzə gələ bilərəm", - deyə o əlavə edib.

Boksçu müsahibəsində Belarus, Azərbaycan və Şimali Qafqazda təknövçülüyün inkişafından danışıb:

"Mən Belarus yığmasının tərkibində dəfələrlə Avropa və dünya çempionu olmuşam, hazırda isə peşəkar kimi Azərbaycanın şərəfini qoruyuram.

Mən həvəskar kimi Belarus bayrağı altında üç dəfə Avropa və dörd dəfə dünya çempionu olmuşam.

Lakin peşəkar idmanda Vətənimin şərəfini qorumaq qərarına gəldim, axı mən Azərbaycan vətəndaşıyam.

Azərbaycanda bizim idman növünə çox yaxşı dəstək var. Dövlət idmançılara, yarışlara böyük diqqət ayırır, idman meydançaları tikilir. Tezliklə Bakıda ilk Avropa Oyunları keçiriləcək. Onun təşkilinə də Azərbaycanda böyük diqqət var. Ümid edirəm ki, Bakı-2015 Oyunları ən yüksək səviyyədə keçəcək. Mən həmin günlər Azərbaycana azarkeşlik etmək üçün mütləq Bakıda olacağam".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol