• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın erkən çempionları - SİYAHI

Avropanın erkən çempionları - SİYAHI
04.05.2015 13:17
Avropada 2014/2015 futbol mövsümü başa çatmaq üzrədir.

Qol.Az-ın məlumatına görə, artıq bir neçə ölkədə çempion vaxtından əvvəl müəyyənləşib.

İngiltərədə "Çelsi", Almaniyada "Bavariya", İtaliyada "Yuventus" sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirib.

Avropanın digər futbol liqalarında isə çempionlu uğrunda mübarizə davam edir. 



1. "Çelsi" - İngiltərə Premyer Liqasının 35-ci turunda evdə "Kristal Palas"ı 1:0 hesabı ilə məğlub edən "Çelsi" sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, London klubunun tarixində beşinci çempionluğu olub.

2. "Bavariya" - Almaniya Bundesliqasının 30-cu turunda "Bavariya"nın turnir cədvəlində ən yaxın izləyicisi "Volfsburq"un səfərdə "Borussiya"ya (Münhenqladbax) 0:1 hesabı ilə uduzması Münhen təmsilçisini vaxtından əvvəl çempion edib. Evdə "Herta"ya 1:0 hesabı ilə qalib gəlmiş "Bavariya" ardıcıl 3-cü dəfə Bundesliqanın qızıl medallarına yiyələnib.

3. "Yuventus" - İtaliya A Seriyasının 34-cü turunda səfərdə "Sampdoriya"ya 1:0 hesabı ilə qalib gələn "Yuventus" ən yaxın izləyicisi "Latsio"nu 16 xal qabaqlayıb. Bununla da, Turin təmsilçisi sona 4 tur qalmış ardıcıl 4-cü çempionluğunu bayram edib.

4. PSV (Endhoven) - Hollandiya çempionatının 31-ci turunda evdə "Herenven”ə 4:1 hesabı ilə qalib gələn PSV ən yaxın izləyicisi "Ayaks”la xal fərqini 13-ə çatdırıb. Bununla da, PSV tarixində 22-ci çempionluğunu bayram edib.

5. "Olimpiakos" - Yunanıstan superliqasının 31-ci turunda evdə "Levadiakos"u 4:0 hesabı ilə məğlub edən "Olimpiakos" ən yaxın izləyicisi PAOK-u 13 xal qabaqlayıb. Bununla da, "Olimpiakos" sona üç həftə qalmış 42-ci çempionluğunu rəsmiləşdirib.

6. "Seltik" - Şotlandiya çempionatında "Dandi"ni 5:0 hesabı ilə məğlub edən "Seltik" sona üç tur qalmış ardıcıl 4-cü çempionluğunu bayram edib. Bu, "Seltik"in tarixində 46-cı çempionluğu olub.

7. "Videoton" - Macarıstan çempionatının 26-cı turunda lider "Videoton" səfərdə "Debretsen"ə 2:1 hesabı ilə qalib gəlib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Ferensvaroş"un səfərdə "Peski" ilə 2:2 bərabərə qalmasının ardından 

"Videoton" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol