"Real"a bəd xəbər

Çempionlar Liqasının yarmfinal mərhələsinin ilk oyununda "Yuventus"la qarşılaşacaq "Real" (Madrid) oyuna itkilərlə çıxacaq.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, zədədən əziyyət çəkən komandanın hücumçusu Kərim Benzema "Yuventus"la görüşdə iştirak etməyəcək.
Komandanın həkimi Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə matçda zədələnən fransız futbolçunun "Yuventus"la oyun üçün hazır olmadığını açıqlayıb. "Real"ın son 6 rəsmi oyununda iştirak etməyən Benzema Turindəki görüşdə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Benzema ilə yanaşı, zədəli Luka Modriç və Sami Xedira da "Yuventus"la oyunu buraxacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























