• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayev: "Neftçi"nin Nobel prospektindəki bazası köçürüləcək"

Çingiz Abdullayev: "Neftçi"nin Nobel prospektindəki bazası köçürüləcək"
05.05.2015 17:31
"Neftçi" futbol klubunun Bakı şəhərindəki Nobel prospektində yerləşən bazası köçürüləcək.
 
Bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səbəb bazanın yerləşdiyi ərazinin plana düşməsidir: "Burada "Ağ Şəhər" salınır. Gec-tez biz bu ərazini "Ağ Şəhər"ə verməliyik. 2-3 ilə buradan köçməliyik. Ona görə də, yaxşı şəraiti olan bir yerə köçməliyik ki, həm oynayaq, həm də məşq edək".

Ç.Abdullayev bildirib ki, "Neftçi"nin bazasından fərqli olaraq, AFFA-nın mənzil qərargahı plana düşməyib: "AFFA bir binadır. Amma bizim bazada ərazi çoxdur. Burada evlər tikilməlidir. Bu günə mənim məlumatım var ki, AFFA qalır, amma "Neftçi" gec-tez buradan köçməlidir".

Müşahidə Şurasının sədri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məskunlaşmaq istədiklərini bildirib. O, ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək niyyətlərində olduqlarını da bəyan edib: "Əsas bazanı biz "İsmət Qayıbov"da tikirik. Gələn kimi dedim ki, Bakı Olimpiya Stadionunu SOCAR tikir və bəlkə oranı bizə verərlər. Çünki Azərbaycanın ən gözəl, ən tanınmış klubu "Neftçi"dir. Rövnəq müəllim dedi ki, "Bakcell Arena"nı doldurun, sonra baxarıq. Düz deyir, çünki 11 minlik tribunanı doldura bilmirik. Amma kubokun finalında çox adam gəlir. İstərdik ki, "İsmət Qayıbov"a köçək. Hazırda bizdə bazada vəziyyət ağırdır. Bu səbəbdən buranı köçürmək istəyirik. Fikirləşirik, necə edək və hara köçək ki, baza və stadion bir yerdə olsun".
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol