Avropa Liqası: İtaliya klublarını kim keçəcək?

Sabah Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq iki qarşılaşma eyni vaxtda başlayacaq.
Finalın bir addımlığında olan iki İtaliya klubundan biri evdə, digəri səfərdə oynayacaq. "Napoli” öz meydanında Ukrayna "Dnepr”ini sınağa çəkəcək. Qonaqlar avrokubokların yarımfinalında "Böyük beşlik” təmsilçisi olmayan yeganə komandadı.
Tarixində ilk dəfə bu mərhələyədək irəliləyən ukraynalılar uğurunu daha da davam etdirmək arzusundadı. Bu komandalar 2012/13 mövsümündə də üz-üzə gəlib. Həmin vaxt "Dnepr” də (3:1), "Napoli” də (4:2) öz meydanında qalib gəlmişdi. Bu da Dnepropetrovsk klubunun italiyalılarla 8 qarşılaşmadakı yeganə qələbəsidi.
1988/89 mövsümündən sonra ilk dəfə yarımfinala çıxan neapollular son 12 ev oyununda uduzmayıb. "Dnepr” isə cari mövsüm avrokuboklarda yalnız 1 səfər qələbəsi qazanıb ki, bu da "Qarabağ”la Bakıdakı oyuna təsadüf edib – 2:1. Ukrayna təmsilçisi zədəli oyunçuları Zozulya və Mateusun xidmətindən məhrumdu. "Napoli” isə yalnız Mikunun yoxluğuna üzülə bilər.
1989-cu ildə UEFA kubokuna yiyələnən neapollular kimi "Sevilya” da növbəti titulunu qazanmaq iddiasındadı. İspaniyalılar İtaliyada "Fiorentina”nın qonağı olacaq.
İspaniya təmsilçisi appeninlilərlə əvvəlki 4 qarşılaşmada qalib gəlməsə də, bu seriyanı qırmağa köklənib. Florensiya klubu da pireneylilərlə matçlarda çətinlik çəkir – 10 matçda 2 qələbə. Bunların da hər ikisi ev matçına təsadüf edib.
İndiyədək yarımfinalda büdrəməyən "Sevilya” son 8 ev oyununda qalib gəlibsə, "Fiorentina” 12 səfər matçında məğlub olmayıb. Komandaların heyətində cəzalı oyunçu olmasa da, dizindəki zədədən əziyyət çəkən Rossi və Babakarın florensiyalılara kömək etməyəcəyi gözlənilir.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
7 may
00:05. "Napoli” (İtaliya) – "Dnepr” (Ukrayna)
Baş hakim: Sveyn Moen (Norveç)
Neapol. San Paolo stadionu
00:05. "Sevilya” (İspaniya) – "Fiorentina” (İtaliya)
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. Ramkn Sançes Pisxuan stadionu
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























