• $
  • €
  • ₽
  • ₺
  • £

“Barselona” Messi deməkdi

“Barselona” Messi deməkdi
07.05.2015 11:57
 
"Biz topa nəzarəti ələ almaq istəyirdik. Ancaq "Barselona” ilə oyunda bu, mümkünsüzdü”.
 
Apasport.az saytı xəbər verir ki, bu sözləri "Bavariya”nın baş məşqçisi Xosep Qvardiola deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Barselona”nın qonağı olan "Bavariya” 0:3 hesabı ilə uduzub. Matçdan sonra fikirlərini bölüşən Qvardiola sabiq komandasına məğlubiyyəti şərh edib: "İlk qoldan sonra oyuna nəzarəti əldən buraxdıq. Üçüncü qol, ümumiyyətlə, artıq oldu. "Barselona” Messi deməkdi. Rəqibimiz hazırda əla formadadı. Neymar və Suaresin qarşısını kəsmək üçün onların qaçmasına mane olmaq lazımdı. İlk iki qolda mövqe səhvinə yol verdik. Sonuncu qolun qarşısını kəsmək isə mümkünsüz idi. Hesab açılana qədər yaxşı futbol göstərdik. Amma sonra nəzarət əldən çıxdı”.

Qvardiola oyunda cəmi 1 əvəzləmə etməsinin səbəbini açıqlayıb: "Ehtiyatda oturan futbolçulara hörmət edirəm. Amma qərara aldım ki, 1 əvəzləmə edim. Meydanda olanlara güvəndim. Komandamla fəxr edirəm. Mənim oyun fəlsəfəm topa nəzarət etməkdi. Futbolu başqa cür təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, "Bavariya” və "Barselona” arasındakı cavab görüşü mayın 12-də keçiriləcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol