Ən çox qazanan futbolçuların siyahısı

ABŞ-ın "Forbes" jurnalı 2014-cü ildə ən çox qazanan futbolçuların siyahısını açıqlayıb.
"Report"un məlumatına görə, siyahıya İspaniyanın "Real Madrid" klubunda oynayan Kriştianu Ronaldo başçılıq edir.
Jurnalın hesablamasına görə, iki il ardarda bu titula sahib çıxan 30 yaşlı futbolçu ötən il 79 milyon dollar qazanıb. Bu da portuqaliyalının 2014-cü ildə qazandığından 6 milyon dollar çoxdur.
İkinci pillədə isə 70.5 milyon dollarla Lionel Messi qərarlaşıb. "Barselona"lı futbolçu bu məbləğin 22 milyon dollarını reklamlardan əldə edib. İlk üçlüyü 41.8 milyon dollarla Fransa PSJ-sinin hücumçusu Zlatan İbrahimoviç qapayır.
"Forbes"in tərtib etdiyi ilk onluq belədir:
1. Kriştianu Ronaldo: "Real Madrid" - 79 milyon dollar
2. Lionel Messi: "Barselona" - 70.5 milyon dollar
3. Zlatan İbrahimoviç: PSJ - 41.8 milyon dollar
4. Qaret Beyl: "Real Madrid" - 34.9 miylon dollar
5. Neymar: "Barselona" - 31.7 milyon dollar
6. Radamel Falkao: "Mançester Yunayted" - 31 milyon
7. Ueyn Runi: "Mançester Yunayted" - 25.8 milyon dollar
8. Xames Rodriqes: "Real Madrid" - 25.4 milyon dollar
9. Serxio Aquero: "Mançester Siti" - 25.3 milyon dollar
10. Luis Suares: "Barselona" - 19.9 milyon dollar
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























