Benzema məşqlərə başladı

Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə görüşdə zədələnən "Real"ın hücumçusu Kərim Benzema məşqlərə başlayıb.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, fransız futbolçu komandanın bugünkü məşqində iştirak edib.
Onun Çempionlar Liqasının yarımfinalında "Yuventus"la görüşdə meydana çıxa biləcəyi ehtimal olunur.
Qeyd edək ki, "Real" - "Yuventus" oyunu mayın 13-də Madriddə keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























