• $
  • €
  • ₽
  • ₺
  • £

"Monte Karlo"da Azərbaycandan bəhs edildi

"Monte Karlo"da Azərbaycandan bəhs edildi
11.05.2015 11:33
Əsası 1950-ci ildə qoyulan, fransız, alman, ingilis, italyan, rus, ərəb və gürcü dillərində Fransa, İtaliya, Monako, İsveçrə, Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələrində yayımlanan "Radio Monte Karlo" radio stansiyasının fransız versiyasında Azərbaycanda idmanın inkişafından bəhs edən "Azərbaycanın idman diplomatiyası” sərlövhəli veriliş səsləndirilib.

Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğunu, Şərqlə Qərbin qovşağında yerləşdiyini xatırladan verilişdə ölkəmizin yeraltı sərvətlərlə zənginliyi, sürətli iqtisadi inkişafı, bir çox beynəlxalq tədbirlərə, xüsusilə idman sahəsində yaddaqalan möhtəşəm yarışlara ev sahibliyi etməsi, son illər apardığı idman diplomatiyası sayəsində böyük uğurlar qazanması diqqətə çatdırılıb. Ölkənin sürətli iqtisadi inkişafının bir çox beynəlxalq idman yarışlarının keçirilməsinə şərait yaratdığı vurğulanıb, Azərbaycanda gimnastika, şahmat, karate, cüdo və digər idman növləri üzrə Avropa çempionatlarının təşkil olunduğu qeyd edilib, qarşıdakı illərdə keçiriləcək möhtəşəm yarışlar barədə məlumat verilib.

Verilişdə dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkə rəhbərliyinin idman diplomatiyası sahəsindəki növbəti uğuru kimi dəyərləndirilib. İdmanın inkişafına dövlət qayğısından bəhs olunub, Azərbaycanı dünyada tanıtdırmaq məqsədilə ölkəmizin apardığı idman diplomatiyasının uğurlarından danışılıb, tanınmış bir çox futbol klubları oyunçularının Azərbaycan sözü yazılan futbolkalarda çıxış etmələri bu diplomatiyanı şərtləndirən amillərdən biri kimi qeyd edilib.//AzərTac 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol