Mourinyo: "Cerard üçün darıxacam"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Liverpul"la Premyer Liqa matçından sonra rəqibin kapitanı Stiven Cerard haqda danışıb.
ANN.Az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda "Liverpul"dan gedəcək Cerard üçün darıxacağını bildirib:
"Cerarda böyük hörmətim var. Bütün alqışlar ona ünvanlaşmışdı. Mövsümün sonunda "Liverpul"dan ayrılacaq. Onun üçün darıxacam".
Qeyd edək ki, "Çelsi" - "Liverpul" oyunu 1:1 başa çatıb. Liverpul təmsilçisinin qolunu 44-cü dəqiqədə Cerard vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























