Real Madridin baş məşqçisi cəzalana bilər

"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti cəzalana bilər.
ANN.Az Qol.Az-a istinadə xəbər verir ki, buna italiyalı mütəxəssisin "Valensiya" ilə La Liqa matçından sonrakı davranışı səbəb olub.
Oyunun idarəçiliyindən narazı qalan Ançelotti matçdan sonra ironiya ilə hakimləri alqışlayıb. Görüşün baş hakimi Klos Qomes bunu öz hesabatında qeyd edib. Ançelottinin bu hərəkətinə görə 2-3 oyunluq cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, "Valensiya" ilə 2:2 bərabərə qalan "Real" çempionluq yolunda ağır zərbə alıb. Artıq "kral klubu" lider "Barselona"dan 4 xal geri qalır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























