"Ümid edirəm ki, finala yüksələcəyik"

"Bavariya"nın futbolçusu David Alaba Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab matçı öncəsi fikirlərini bildirib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq avstriyalı müdafiəçi komanda yoldaşlarına inandığını deyib:
"Ümid edirəm ki, 4:0 hesabı ilə qalib gələcəyik və finala yüksələcəyik. Əgər bunu bacaracağımıza inanmırıqsa, meydana çıxmamalıyıq".
D.Alaba onu da bildirib ki, finala çıxacaqları təqdirdə, həlledici oyuna kimi hazır olmağa çalışacaq.
Qeyd edək ki, "Bavariya" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda Münhen klubu 0:3 hesabı ilə uduzub.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək