Avropa Oyunlarının bayrağı Yunanıstanda

Portuqaliyalı velosipedçi Xorxe Kritovao Lissabondan Bakıya velosipedlə etdiyi səfərin 30-cu günündə Yunanıstanın Saloniki şəhərində yerləşən Olimpiya muzeyində olub.
ANN.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, o, muzeyin direktoru Kiriaki Ouratzi ilə görüşərək ona "Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi bayrağını və Oyunların Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubunu təqdim edib.
Portuqaliyalı velosipedçi aprelin 10-da Lissabondan başladığı səfəri iyunun 10-da Bakıda başa çatdıracaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























