AVRO-2016-ya ən ucuz və ən bahalı biletin qiyməti açıqlandı

Fransada keçiriləcək futbol üzrə 2016-cı il Avropa çempionatına ən ucuz bilet 25 avroya olacaq.
"Report"un məlumatına görə, bu barədə çempionatın rəsmi "Twitter"ində bildirilir.
Ən bahalı biletin isə 895 avroya olacağı vurğulanıb. Biletlər bu il iyunun 10-dan iyulun 10-dək satışda olacaq. Satışa ümumilikdə 1,8 milyon bilet çıxarılacaq.
Qeyd edək ki, AVRO-2016 Fransanın 10 şəhərində 24 ölkə yığmasının iştirakı ilə təşkil olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























