Luis Suares zədələndi

Dünən "Barselona"nın futbolçusu Luis Suares "Bavariya"ya qarşı Çempionlar Liqasının yarımfinalında keçirilən cavab matçında (2:3) zədələnib.
Qol.Az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu oyunun birinci hissəsində sol ayağından zədə alıb. Bu səbəbdən Kataloniya klubunun baş məşqçisi Luis Enrike fasilədə L.Suaresi əvəzləmək məcburiyyətində qalıb.
L.Suaresin İspaniya La Liqasının 37-ci turunda "Atletiko"ya qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, "Barselona" iki oyunun nəticəsinə (3:0, 2:3) əsasən finala yüksəlib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























