• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasının finalçıları müəyyənləşəcək

Avropa Liqasının finalçıları müəyyənləşəcək
14.05.2015 10:08
Bu gecə futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək.
 
"Report"un məlumatına görə, oyunların biri Ukrayna, digəri isə İtaliyada keçiriləcək.

İspaniyanın "Sevilya" klubu səfərdə İtaliya "Fiorentina"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. İspaniyada keçirilmiş ilk oyunda rəqib qapısından 3 cavabsız top keçirən "Sevilya" meydana üstün tərəf olaraq çıxacaq.

Digər oyunda isə Ukrayna "Dnepr"i ilə daha bir İtaliya təmsilçisi "Napoli" qarşılaşacaq. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından, Ukraynada keçiriləcək görüşdə qolsuz bərabərlik "Dnepr"i finala çıxaracaq. "Napoli" isə mübarizəni davam etdirmək üçün ən azından rəqib qapısına yol tapmalıdır.

İtaliyada keçiriləcək matçı Sloveniyadan olan hakim Damir Skomina, Ukraynadakı oyunu isə serbiyalı Milorad Majiç idarə edəcək.

Avropa Liqası, 1/2 final

Cavab oyunları

00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

00:05. "Dnepr" (Ukrayna) - "Napoli" (İtaliya)

Baş hakim: Milorad Majiç (Serbiya)

Qeyd edək ki, final matçı mayın 27-də Polşanın paytaxtı Varşavada yerləşən Milli Stadionda keçiriləcək.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol