Alleqri: "Barselona”ya qarşı oynamaq çətindir"

"Finala yüksəldiyimiz üçün sevinirəm. Möhtəşəm oyun nümayiş etdirdik. Futbolçularımın qarşılaşma ərzində cəsarətli olmasına çalışdım. İkinci hissədə daha çox hücum etdik. Finala yüksəlməyə layiq idik".
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının yarımfinalında "Real"la cavab matçından (1:1) sonra deyib.
O bildirib ki, bir çox əks hücum epizodlarını qola çevirə bilməyiblər:
"Futbolçularıma deyəcək sözüm yoxdur. Onlar bütün mövsüm ərzində yaxşı nəticələr üçün çalışıblar".
M.Alleqri "Barselona" ilə final matçı haqda da danışıb:
"Barselona”ya qarşı oynamaq çətindir. Amma onlarla iki dəfə üz-üzə gəlməyəcəyik. Bir oyundan ibarət görüşdə isə hər şey mümkündür. Hazırda fiziki cəhətdən çox yaxşı formadayıq. Ancaq "Barselona”nın güclü hücum xətti var. Buna baxmayaraq, Berlinə Çempionlar Liqasının qalibi olmaq üçün yollanacağıq”.
Qeyd edək ki, "Yuventus" iki oyunun nəticəsinə (2:1, 1:1) əsasən finala yüksəlib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək