"Fənərbaxça"nın kapitanına azarkeş hücumu

"Fənərbaxça"nın kapitanı Əmrə Bəlözoğlu Türkiyənin Mudanya vilayətində azarkeşlərin hücumuna məruz qalıb.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, Mudanyada bir tədbirə qatılacaq təcrübəli futbolçu yolda "Beşikaş"ın azarkeşləri ilə qarşılaşıb.
Bu gün "Akhisar"la keçiriləcək oyun üçün Manisaya gedən "ağ-qaralı" azarkeşlər Əmrənin avtomobilinə hücum çəkərək maşını yumruq və təpiklə vurublar. Avtomobolin faralarının və kapotunun ciddi zərər gördüyü bildirilir. M.Bəlözoğlunun yanında olan Orxan Akın isə silah çəkərək izdihamı dağıtmağa müvəffəq olub.
Qeyd edək ki, superliqanın 31-ci turunda bu gün keçiriləcək "Akhisar" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























