"Neftçi" klubu Mirhüseyn Seyidovla yollarını ayırdı

"Neftçi" klubu futbolçusu Mirhüseyn Seyidovla yollarını ayırıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Neftçi” 23 yaşlı futbolçuya azad agent statusu verib. Klub futbolçunun müraciəti əsasında belə qərar verib. "Neftçi"nin yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























