• $
  • €
  • ₽
  • ₺
  • £

Superliqanın bombardiri “Qarabağ”da?

Superliqanın bombardiri “Qarabağ”da?
15.05.2015 19:00
"Qarabağ” yay "transfer pəncərəsi”ndə heyətini serbiyalı hücumçu ilə gücləndirmək niyyətindədi.
 
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin transfer siyahısında millimizin üzvü Taşkın İlterlə yanaşı, Andriya Kaluderoviç də yer alıb.

"Qarabağ” rəhbərliyi 2015-ci ilin əvvəlində Avstraliyaya yollanan serbiyalını "Köhnə qitə”yə qaytarmaq istəyir. İlin arxada qalan hissəsini "Brisben Roar”da keçirən Kaluderoviç "Yaşıl qitə”də də bombardirlik keyfiyyətlərini nümayiş etdirir. Onun ilk 8 matçda 5 qol vurması da buna nümunədi.

Kaluderoviç Avstraliyaya yollananadək Avropa və Asiyada da sözünü deyə bilib. 28 yaşlı hücumçu  karyerasına Serbiyanın OF klubunda başlayıb. Burada keçirdiyi 6 ildə (2003-09) müxtəlif klublara icarəyə də verilən futbolçu 2009-cu ildə "Rad”a keçib. Bir il bu komandada çıxış edən hücumçu "Srvena Zvezda”ya keçidindən sonra parlayıb.

2010/11 mövsümündə Belqrad təmsilçisinin heyətində Serbiya çempionatının gümüş mükafatını qazanan Kaluderoviç Superliqanın bombardiri olub. O, cəmi 13 qol vursa da, bu adın iki şərikindən biri kimi tarixə düşüb. Çempionatın rəmzi yığmasında da yer alan hücumçu 2012-ci ildə Çinə üz tutub.

"Pekin Quoan” karyerası uğursuz alınan serbiyalı 1 ildə 3 kluba – İspaniya "Rasinq”i, Kipr AEL-i və Serbiya "Voyvodina”sına icarəyə verilib. Cari mövsümün ilk yarısını İsveçrədə keçirən Kaluderoviç "Tyun”un formasını geyinib.

Qeyd edək ki, Serbiyanın U-21 və U-23 millilərində də çıxış etmiş hücumçu əsas yığmada 3 matç keçirib.  O, 2010-cu ildə Yaponiya, 2011-ci ildə isə Meksika və Hondurasla yoldaşlıq oyunlarının iştirakçısı olub.

 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol