• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq
16.05.2015 13:38
"Bakı-2015" Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq.

Qol.Az-ın məlumatına görə, Birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada nümayiş etdirilməsi məqsədilə, bu gün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

Rio 2016 Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş "America Movil” şirkəti "Bakı-2015" Avropa Oyunlarını filialı vasitəsilə, Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlamaq üçün hüquq əldə edib.

"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir və bu istiqamətdə növbəti önəmli addım atıldı. Soçi 2014 Qış Olimpiya Oyunlarının geniş şəkildə yayımını həyata keçirdikdən sonra, Rio 2016 Yay Olimpiya Oyunlarının yayımı üçün də eksklüziv hüquqlar əldə edən "America Movil” şirkətinin idman tədbirlərinin yayımlanmasında təcrübəsi var.

Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir. Beləliklə, "America Movil” şirkətinin belə mötəbər tədbirin yayımını həyata keçirməsi üçün birgə tərəfdaşlıq imkanı yaranır.

Bununla da, Latın Amerikası Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ və Kanada, Hindistan, Çin, Avstraliya, Körfəz ölkələri və Avropanın sırasına qoşulur.

Claro Sports-un baş meneceri cənab Xose Antonio Abumrad əməkdaşlıqla bağlı bunları bildirib: "Bakı-2015" ilə Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalandığını elan etməkdən böyük məmnunluq hissi duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər və biz, bu cür önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın Amerikalı tamaşaçıların Bakıda baş tutan bu tədbiri izləyərək zövq alacaqlarına şübhəm yoxdur".  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol