• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı-2015": Yeni bilet satış məntəqəsi açıldı

"Bakı-2015": Yeni bilet satış məntəqəsi açıldı
16.05.2015 15:16
I Avropa Oyunlarına bütün ölkədə maraq yüksəldikcə son həftələrdə biletlərə olan tələbat da xeyli artıb.

Qol.Az-ın məlumatına görə, bu səbəbdən "Bakı-2015" Tofiq Bəhramov adına Respublika Stadionunda bu gün yeni bilet satış məntəqəsi açıb. 

Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.

Digər bilet satış məntəqələri "Park Bulvar", "28 Mall" və "Metro Park" alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb.

"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirib: "Bizim birinci dərəcəli məqsədimiz Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz bilet alan hər kəsə belə bir mesajla müraciət edirik: biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud baku2015.com vebsəhifəmiz vasitəsilə alın".

Bilet satış məntəqələrinin yerlərindən tutmuş arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud "Bakı-2015" vebsəhifəsindən əldə etmək olar.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bir daha Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların vebsəhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol