• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” Topaz Premyer Liqasının qalıbı olub

“Qarabağ” Topaz Premyer Liqasının qalıbı olub
17.05.2015 12:30
Topaz Premyer Liqasında XXXIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan üç qarşılaşmadan ikisi bölgələrdə olub.
 
Günün ilk qarşılaşmasında "Xəzər Lənkəran" öz meydanında AZAL-ı qəbul edib. Nəticəsi heç bir önəm kəsb etməyən qarşılaşma sadəcə rəqiblərin şəxsi münasibətləri üçün əhəmiyyətli ola bilərdi.
 
Oyun minimal hesabla cənubluların xeyrinə başa çatıb. Yeganə qolu "təyyarəçilər"in qapısından kapitan Rahid Əmirquliyev keçirdib.
 
Əyalətdə baş tutan digər qarşılaşmada isə "Qəbələ" "İnter"i qəbul edib. Ard-arda 10 oyundur məğlub olmayan Roman Qriqorçukun yetirmələrinin seriyası bu dəfə də qırılmayıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda komandalar 1 xal qazanıb.
 
Bu oyuna qədər ardıcıl 5 oyundur qalib gələn "İnter"in seriyasının qırılması isə ən çox "Qarabağ"a sərf edib. "Bankirlər"in xal itkisindən maksimum dərəcədə faydalanan ağdamlılar "Sumqayıt" üzərində qələbə qazanaraq sona 2 tur qalmış ən yaxın izləyicisini 8 xal qabaqlayaraq çempionluğu rəsmiləşdiriblər.
 
"Baksell Arena"dakı oyunda Leroy Corcun qolu ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri çempionluğu da erkən bayram ediblər.
 
Topaz Premyer Liqası
XXXIV tur
16 may
 
"Qəbələ” – "İnter” - 1:1
Qollar: Qay, 6 - Asif Məmmədov, 27
 
Qəbələ şəhər stadionu
İlk 3 dövrədəki oyunlar - 0:4, 1:1, 2:1
 
"Qarabağ” – "Sumqayıt” - 1:0
Qol: Leroy Corc, 33
 
 "Bakcell Arena”
İlk 3 dövrədəki oyunlar - -:+, 2:0, 2:1
 
"Xəzər Lənkəran” – AZAL - 1:0
Qol: Rahid Əmirquliyev, 80
 
"Xəzər Lənkəran” mərkəzi stadionu
İlk 3 dövrədəki oyunlar - 1:1, 1:1, 1:3



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol