• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan taekvondoçusu dünya çempionu oldu

Azərbaycan taekvondoçusu dünya çempionu oldu
18.05.2015 10:09

Azərbaycan taekvondoçusu Radik İsayev dünya çempionatında 14 illik həsrətə son qoyub.
 
Apasport.az saytının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız buna Rusiyanın Çelyabinsk şəhərində keçirilən mundialda qızıl medal qazanmaqla nail olub.
 
Belə ki, dünya çempionatının altıncı günü tatamiyə çıxan İsayev bütün rəqiblərinə gücünü göstərib. Öncə Banqladeş idmançısı İmyaiz İbne Alini 19:0 hesabı ilə məğlub edən yığmamızın lideri ikinci görüşündə Çin Taypeyi təmsilçisi Çanq Kaini üstələyib – 13:3. Radik 1/4 finalda fransalı M’Bar N’Diaye ilə üz-üzə gəlib. Təmsilçimiz ötən il Bakıda keçirilən Avropa çempionatının finalında məğlub etdiyi rəqibdən güclü olduğunu növbəti dəfə sübut edib (8:2).
 
Yarımfinalda taekvondoçumuz 2013-cü ildə Meksikada baş tutan dünya çempionatının qalibi Rafael Kastillo (Kuba) ilə döyüşüb. Hazırda yaxşı formada olan İsayev mərkəzi amerikalını da məğlub edərək (7:6) finala yüksəlib. Qızıl medal uğrunda döyüşdə isə onun rəqibi özbəkistanlı Cəsur Baykuziyev olub. Bütün görüşlərini yüksək səviyyədə keçirən taekvondoçumuz asiyalı qarşısında da büdrəməyib və dünya çempionu titula yiyələnib.
 
O, bununla da 14 ildən sonra Azərbaycana dünya çempionatında qızıl medal qazandırıb.
 
140 ölkədən 875 idmançının mübarizə apardığı mundiala bu gün yekun vurulacaq. Komandamız isə vətənə sabah qayıdacaq.
 
Qeyd edək ki, İsayevədək Azərbaycanın yeganə medalı Niyaməddin Paşayevin aktivində idi. O, Cənubi Koreyada keçirilən mundialda 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol