• $
  • €
  • ₽
  • ₺
  • £

Güləşçilərin qanunsuz yaş dəyişdirmə hallarına qarşı tədbir

Güləşçilərin qanunsuz yaş dəyişdirmə hallarına qarşı tədbir
18.05.2015 15:09
 Azərbaycan Güləş Federasiyası (AGF) süni yaş azaltma hallarına qarşı mübarizəni sərtləşdirib. 

"Report" xəbər verir ki, bunu AGF-nin baş katibi Əjdər Cəfərov mayın 19-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı öncəsi ümumrespublika seminarında bildirib.

Ölkənin bütün region və bölgələrindəki klub və cəmiyyətlərin məşqçi-hakimlərinin qatıldıqları seminarda Ə.Cəfərov güləş idmanına yeni başlayan uşaqların sənədlərinin düzgün tərtib olunma və idmançıların nizam-intizam qaydaları barədə məlumat verib. O, klubların beynəlxalq yarışlarda federasiyanın icazəsi olmadan iştirakının yolverilməz olduğunu bildirib. Baş katib ölkədə güləş idman növünün daha da inkişafı üçün bütün işlərin Dünya Güləş Birliyinin (UWW) qaydalarına əsasən aparıldığını və bütün klub və cəmiyyətlərin də bu qaydalara əsasən işlərini qurmalı olduğunu deyib. O bildirib ki, idmançıların qanunsuz olaraq yaş dəyişdirməsinin qarşısı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq alınacaq: "Qanunsuz yaş dəyişdirilməsi prosesi idmanda çox ciddi bir problemdir. Dünyanın bütün ölkələrində belə hallara rast gəlinir. Məhz buna görə, UWW bu prosesin qarşısını almaq üçün bütün milli federasiyalar qarşısında tələb qoyub. Azərbaycan qanunvericiliyində də bu məsələ birmənalı olaraq qadağan edilib. İstənilən halda güləşçilərin yaş dəyişdirməsi yolverilməzdir və belə bir halla rastlaşacağımız təqdirdə, bunun qarşısını qanun çərçivəsində alacağıq. Ona görə də məşqçilərdən işlərini qanun çərçivəsində qurmaları xahiş və tələb olunur".

Daha sonra Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssis, UWW-nin elm departamentinin üzvü Ramazan Savranbaşı Avropa və dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətləri ilə onların böyüklər yaş qrupundakı nailiyyətlərinin statistik təhlili, müxtəlif yaş qruplarında güləş idman növünün tədrisi və məşq planlaması mövzusunda çıxış edib. Fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol